facebook twitter email

LANGUAGES WITH NATIVE SPEAKERS

BY PHONE, SKYPE, MSN OR YAHOO MESSENGERS, GOOGLETALK OR QQ

Bakı

Bakı

Our Partner

"Dahi" Training Center

 

“Dahi” şirkəti 1999-cu ildə təsis edilmişdir. Hazırda şirkətin əsas fəaliyyət istiqamətləri müxtəlif proqramların hazırlanması, treninq və ixtisaslaşdırılmış kursların keçirilməsi, eləcə də ölkədə təhsilin və maarifləndirmənin səviyyəsini artırmaq üçün humanitar aksiyaların təşkil edilməsindən ibarətdir. 
Təsis olunduğu gündən şirkətin göstərdiyi xidmətlərin sayı daim artırılmışdır.
“Dahi” bir çox xarici universitet və kolleclərin Azərbaycandakı təmsilçisidir və ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İspaniya, Rusiya və digər ölkələrin təşkilatları ilə sıx əməkdaşlıq edir.
 
 
Bu gün, “Dahi” bir neçə müxtəlif sahələrdə fəaliyyət göstərən şöbələrdən ibarətdir:
 
Study Online – Onlayn təhsil
 
Dahi treninq mərkəzi onlayn təhsil sahəsi üzrə sizə ən son interaktiv və multimediya vəsaitlərini təklif edir. Biz Sizə "webinar" formatında proqram və kursların geniş seçimini təklif edirik. 
Online kurslar – təhsil almağın ən müasir və əlverişli yollarından biridir. Online kurslarla Siz təhsilin fərdi üslubunu, məşğələlərin rahat rejimini seçəcək və həm də təhsilə görə daha az pul ödəyəcəksiniz! 
 
Online təhsilin üstünlükləri: 
 
- məşğələlərin Sizə rahat olan istənilən yerdə - ofisdə, evdə, yolda keçirilə bilərı;
- yola vaxt sərf etmək lazım gəlmir; Şirkətlər üçün Online təhsil, personalın ixtisasını artırmaqla biznesi daha səmərəli inkişaf etdirməyin ən yaxşı yoludur, beləki əməkdaşlarınızın iş vaxtını sərf edərək harasa getməsinə ehtiyac olmayacaq. Tədris fərdi qrafik üzrə aparılır və bunu fasilə zamanı, işdən sonra, yaxud istirahət günləri aparmaq mümkündür ətraflı...
 
Bizim onlayn tədrisin əsasını yerli və xarici müəllimlərlə canlı ünsiyyət yaratmaq təşkil edir.
 
Study Abroad - Xaricdə təhsil 
 
Əgər Sizdə ABŞ, İngiltərə, Almaniya kimi xarici ölkələrdə təhsil almaqla bağlı suallar yaranarsa, və Siz ali təhsil, magistr dərəcəsi almaq, yaxud dil kursları keçmək istəyirsinizsə, onda DAHI Consulting Center-in əməkdaşları bu işdə Sizə kömək edər: 
 
- təhsil almaq istədiyiniz ölkəni seçmək; 
- dil kurslarını, kollec və ya universiteti seçmək; 
- mütəxəssislər üçün xüsusiləşdirilmiş kursları seçmək; 
- proqramları bronlaşdırmaq;
- təhsilin akademik planını işləyib hazırlamaq;
- viza almaq üçün ərizəni doldurmaq;
- aviabileti rəsmiləşdirmək. 
 
Sizə həm də aşağıdakılar barədə məsləhət verəcəklər: 
- pullu və pulsuz təhsil almaq; 
- yaşayış şəraiti; 
- qiymətlər.
 
Translation Center - Peşəkar yazılı və şifahi tərcümələr 
 
Biz aşağıdakıları təklif edirik:
 
Yazılı tərcümə
 
-İstənilən çətinlik səviyyəsində olan texniki sənədlərin tərcüməsi 
-Bədii ədəbiyyatın, kitabların, broşyuraların tərcüməsi 
 
Şifahi tərcümə
 
-Danışıqların, işgüzar görüşlərin, təqdimatların, seminarların, sərgilərin ardıcıl tərcüməsi
-Sinxron tərcümə 
 
Veb saytların tərcüməsi
 
-saytın tərcüməsi;
-saytın təzələnməsi, xəbər və məlumatların tərcüməsi. 
 
Teacher Training Center - Müəllimlər üçün metodiki treninqlər
 
Diqqət! TEFL\TESOL sertifikatlarını Azərbaycanda almaq mümkündür! “Dahi” mərkəzində Britaniyanın rəsmi məktəblərində olduğu kimi ingilis dili müəllimləri treninq keçə və TEFL\TESOL beynəlxalq sertifikatı ala bilərlər.
 
TEFL (Teaching English as a foreign language ) və TESOL(Teaching English to Speakers of Other Languages) xarici dil kimi ingilis dilinin tədrisi hüququ verən beynəlxalq sertifikatlardır. Onlar həm də Britaniya Şurası və Britaniyanın ingilis dilinin tədrisi İnstitutu tərəfindən tanınırlar. TEFL/TESOL kurslarını yalnız dil daşıyıcıları deyil, həm də dili yüksək səviyyədə bilən və ingilis dilini xarici dil kimi müasir beynəlxalq metodika ilə tədris etmək arzusunda olan hər bir şəxs keçə bilər. Bu sertifikatı almaq üçün ilk əvvəl təhsil kursunu keçmək, sonra isə bütün lazımi imtahanları vermək və beynəlxalq sertifikat almaq lazımdır. 
 
Exam Preparation - TOEFL, IELTS, SAT, GMAT, GRE və s. imtahanlara hazırlıq
 
“Dahi” mərkəzi TOEFL, IELTS, SAT, GMAT, GRE imtahanlarını vermək istəyən namizədlərin tam hazırlığını keçir. Sözügedən kurslar xaricdə təhsil almaq və ya işləmək üçün mütləq olan imtahanları uğurla vermək istəyən və yüksək bal toplayan şəxslər üçün nəzərdə tutulmuşdur. Məşğələlər fərdi və kiçik qrup şəklində keçirilir.Xarici ölkədə ali məktəbə daxil olmaq üçün yalnız dilin özünü dərindən öyrənmək deyil, həm də imtahanları uğurla vermək üçün “üsulları” bilmək vacibdir. Şübhəsiz ki, vaxt amilini, çaşqınlıq hiss etmək ehtimalını və s. nəzərə almaqla, bütün mümkün vasitələrdən istifadə etmək və mənimsəməklə beynəlxalq imtahanlar formatına vərdiş etmək lazımdır. Yaddan çıxarmaq olmaz ki, imtahanlara hazırlıq dilin özünün dərindən və ciddi öyrənilməsini tam əvəz etməməlidir. 
 
Consulting Center - Konsultasiya xidmətləri
 
DAHI Consulting Center mütəxəssiləri aşağıdakı məsələlər üzrə Sizə məsləhət və praktik yardım göstərəcəklər:
 
Xaricdə təhsil almaq üzrə məsləhətlər 
“Green Card” (Diversity Visa Lottery Program) proqramında iştirak etmək üçün ərizənin doldurulması
Anketin (CV) ingilis dilində doldurulması 
Müşaiyətedici məktubun (cover letter) ingilis dilində tərtib edilməsi
İngilis dilində müsahibəyə hazırlıq 
İngilis dilində forma, anketin doldurulması, digər sənədlərin hazırlanması 
İngilis dilində olan mətnlərin yoxlanması
 
Language School - Xarici dillərin çoxsəviyyəli intensiv kursları 
 
“Dahi” Mərkəzində Siz Azərbaycan, ingilis, alman, fransız, ispan, italyan, rus və s. dilləri öyrənə bilərsiniz.Sizə ən müasir metodikalardan istifadə etməklə rəngarəng, çoxsəviyyəli proqramlar təklif olunur. Siz məqsədlərinizə optimal şəkildə uyğun gələn və təhsilin davamiyyətinə görə ən çox yararlı olan proqramı seçə bilərsiniz. Müəllimlər metodistlərin bilik bazasını mükəmməl şəkildə yarada bilən nailiyyətlərindən və qərb alimlərinin hər bir dərsdə kiçik şou yarada bilən ən son uğurlarından istifadə edirlər. Bu o deməkdir ki, Siz məhz malik olduğunuz biliyə uyğun gələn səviyyədən başlaya və arzuolunan nəticəni əldə edəcəyiniz vaxtadək təhsilinizi davam etdirə biləcəksiniz.
 
Computer School - Ən son kompyuter proqramları üzrə kurslar 
 
Əsas məqsədimiz dinləyicilərimizə peşə fəaliyyətinin müxtəlif sahələri üzrə yüksək keyfiyyətli bilgi aşılamaqdan ibarətdir. Burada siz tamamilə yeni ixtisasa yiyələnə, yaxud da artıq seçmiş olduğunuz ixtisası təkmilləşdirə bilərsiniz.
 
 
Biz, həmçinin aşağıdakıları təklif edirik:
- Korporativ təhsil
- Xüsusi olaraq məktəblilər üçün işlənib hazırlanmış kompyuter kursları
- Linux/Unix – də kompyuter şəbəkələrinin idarə edilməsi
 
Kids School –– Uşaqlar üçün kurslar, məktəbəqədər hazırlıq 
 
Məktəbəqədər hazırlıq (5-7 yaş) 
 
Mərkəzimizdə məktəbəqədər hazırlıq uşağın hərtərəfli inkişafı məqsədi güdür. Balacalar üçün proqram (3-4 yaş).
 
Biz uşağın şəxsiyyətinin formalaşmasına təsir göstərən hərtərəfli inkişafı proqramını təklif edirik. 
Oyun zamanı uşaqlara müstəqil şəkildə qərar qəbul etmək, öz məqsədlərinə doğru irəliləmək və onlara nail olmaq vərdişləri aşılanır. 
Biz balacalara seçim və söz azadlığı hüquqlarını qorumaqla onları əsas sensor anlayışlarla tanış edir, söz ehtiyatlarını genişləndirir və fəallaşdırır, onlara məntiq əsaslarını öyrədir, əqli və sensor bacarıqlarını inkişaf etdiririk. 
 
Uşaqlar üçün ingilis dili kursları (3-4, 4-7 yaş)
 
Müəllimlərimiz əyləncəli oyun formasında övladınızı ingilis dili ilə tanış edəcəklər. Fəal hərəkət, şerlərin əzbərlənməsi, səhnələrin göstərilməsi vasitəsilə övladlarınız dil mədəniyyəti ilə tanış olacaq, ilkin danışıq konstruksiyalarını öyrənəcək və sərbəst şəkildə xarici dildə danışacaqlar. 
Proqramımızın əsas dəyəri bizim yalnız ingilis dilində danışmağı deyil, həm də bu dildə fikirləşməyi öyrədirik. Uşaq asanlıqla və heç bir cəhd göstərmədən ingilis dilində danışıq vərdişlərinə yiyələnir və yaddaşını, diqqətini və təfəkkürünü inkişaf etdirir.
 
Testing Center - Testləşdirmə və sertifikasiya mərkəzi
 
 
Diqqət!
ABŞ Universitetinin beynəlxalq dil sertifikatını almaq üçün növbəti imtahanların tarixi:

20 noyabr 2011

İmtahanda iştirak etmək üçün ən azı imtahan günündən 1 həftə öncə ofisimizdə qeydiyyatdan keçmək lazımdır.

 
 
Əlaqə

 

Rəsul Rza küçəsi 15/15
Bakı, Azərbaycan, AZ1000
Tel :  
(994 12) 493 49 70
Faks:  (994 12) 493 49 70
Mob.  (994 50) 323 66 96
          (994 55) 768 18 11
          (994 50) 235 93 90

 

Skype:  Dahi.Office

DAHI -yə daha böyük xəritədə bax.

 

Blog
View recent blog entries